Zaur Əhməd başqasının uğuruna sevinən adamdır, deməli, yaxşı adamdır

Unikal.az saytının baş redaktoru, dəyərli həmkarımız Zaur Əhməd yaşadığı ömrün demək olar yarısını mətbuata həsr edib. 40 yaşı tamam olan həmkarımızla 23 ildir eyni yoldayıq – ictimaiyyəti obyektiv informasiya ilə təmin etmək yolu. Düzdür, bu yolda yerimək çətindir, amma sinə gərmək hər adama da nəsib olan xoşbəxtlik deyil. 

Zaur bəy həyatında yaşadığı ağrıları seçdiyi peşəyə məsuliyyətlə, peşəkarlıqla xidmət etməyi ilə ovundurmağa çalışır. O, həm də dostcanlı adam olduğundan dostların alqışları ruhuna rahatıq səpə bilir. Zaur Əhməd başqasının uğuruna sevinən adamdır, deməli, yaxşı adamdır.

Yeni yaşından başlayan ömrün sənə daha çox səadət gətirsin, Zaur Əhməd.   

Mediaekspert.az